Noyabr 2, 2026

Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

polis turkey
🕒 Yayımlanıb: 20.10.2026 · 10:00

Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Todays.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Ankarada İŞİD terror təşkilatını maliyyələşdirmək şübhəli bilinən 16 nəfərə qarşı əməliyyat keçirilib. Onların 14-ü saxlanılıb.

Məlumata görə, İstanbul və Mersində keçirilən əməliyyatda bu terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinən daha 7 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir