Noyabr 2, 2026

Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib

3vqvexs9xIfpucyDX3T7JY18rGfbaEJFVM8ob3lm_1200
🕒 Yayımlanıb: 20.10.2026 · 09:58

Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Todays.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.

Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.

Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.

Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacağını düşünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir