Sentyabr 17, 2026

Bu il 280 min məzuna elektron qaydada diplom verilib

87e31532-fcee-3c13-a19f-e80709382831_1200

Bu il 280 min məzuna elektron qaydada diplom verilib.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında bildirib.

O deyib ki, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatəsi mərhələli şəkildə genişləndirilir.

“Ötən tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM layihəsi isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib və yeni tədris ilində onun əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur”, – E.Bağırov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir