Sentyabr 17, 2026

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib

gxZ5egwROo5CTbyH4arbbttt6llRo0XXWBF0v4vo_1200

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb:

“Bu, son illər qeydə alınan ən yüksək göstəricidir. Həmçinin icma əsaslı qruplarda yerlərin sayı 36 minə çatdırılıb. Daha çox uşağı məktəbəqədər təhsilə cəlb etmək üçün tətbiq edilən üçüncü model xüsusilə ayrıca bağça infrastrukturu olmayan və ya mövcud bağçanın tələbatı qarşılamadığı kənd və ucqar yaşayış məntəqələri üçündür. Burada məqsəd yeni böyük infrastruktur yaratmadan təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir