Sentyabr 17, 2026

Bağçaların tərbiyəçi-müəllimləri gələn ay sertifikatlaşdırma prosesinə cəlb olunacaq

bagca muellim

Azərbaycanda dövlət bağçalarının tərbiyəçi-müəllimləri oktyabr-noyabr aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaq.

 Todays.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, 1300 tərbiyəçi-müəllim müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən keçərək məktəbəqədər təhsil müəssisələrində işə başlayıb:

“Həmin şəxslər həm test imtahanlarından, həm də müsahibə mərhələsindən uğurla keçmiş ixtisaslı kadrlardır. Bu istiqamətdə atılan ikinci addım mövcud məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə bu prosesdə 12 minə yaxın tərbiyəçi iştirak edib”.

Eşqi Bağırov əlavə edib ki, tərbiyəçi kadrların inkişafı və əməyinin stimullaşdırılması istiqamətində növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb olunması olacaq:

“Bu proses də oktyabr-noyabr aylarında təşkil olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir