Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Cəfərov saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Nihad Ramil oğlu Cəfərov üzərində gəzdirdiyi bıçaqla Ruzi Elvin oğlu Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Faktla bağlı cinayət işi başlanılıb.
