Sentyabr 17, 2026

ADSEA: Su ehtiyatları iqlim dəyişikliklərinin ciddi təzyiqi ilə üzləşir

49f92e78-0356-312a-9b6f-5332de3b029a_1200

Azərbaycanın su ehtiyatları iqlim dəyişikliklərinin təzyiqi altındadır.

 Todays.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”-nın (BCAW 2026) ikincü günüdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daha uzunmüddətli quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri, eləcə də intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir: “Eyni zamanda, bütün dünyada sürətlə gedən urbanizasiya və köhnələn infrastruktur bu hadisələrin nəticələrini getdikcə daha da mürəkkəbləşdirir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də iqlimə dayanıqlılığın artırılması və fəlakət risklərinin azaldılması tədbirlərinin mühüm tərkib hissəsidir”.

X. Məmmədov bildirib ki, Azərbaycanda da su ehtiyatlarının iqlim dəyişmələrinə həssaslığı fonunda adaptasiya tədbirlərinin həyata keçirilməsi xüsusilə aktualdır: “Ölkəmiz transsərhəd çaylardan kəskin asılıdır və iqlim dəyişikliyi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni çətinliklər yaradır. Eyni zamanda, Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər, regionun su ehtiyatlarının azalması, buzlaqların sahəsinin və həcminin kiçilməsi, yağıntı rejimlərinin dəyişməsi kimi amillər su ehtiyatlarına əlavə təzyiq yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir