Sentyabr 17, 2026

UEFA Çempionlar Liqası: “Sabah”ın İngiltərəyə səfər planı bəlli olub

syZ1SSgUZenYb5EDqaVgtOpiQR4cyAnBRrOgL9yD_1200 (1)

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək “Sabah” komandasının səfər planı bəlli olub.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

O, kollektivin sabah çarter reysi ilə İngiltərəyə yollanacağını söyləyib.

“Baş məşqçimiz Valdas Dambrauskasın oyundan əvvəl mətbuat konfransı sentyabrın 9-da, yerli vaxtla saat 19:30-da, komandanın açıq məşqi isə 20:00-da baş tutacaq”.

Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir