Sentyabr 17, 2026

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb

pXCfOWtHCxBhwEPOITGOyfVOMbR0RvUqW19doZZF_1200

Azərbaycanın kişi cüdoçulardan ibarət millisi Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Bu barədə Todays.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də iştirak edirlər.

Toplanış çərçivəsində idmançıların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı milli komandanın qarşıdakı mühüm yarışlara – Macarıstandakı “Böyük Dəbilqə” turnirinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir