Sentyabr 17, 2026

İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirilib

DSno99Iev6lFopg3Xfd5jGzRCKOAg0kfnMWMHtIw_1200

Azərbaycanda yanvar-avqust ayları ərzində işdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirilib.

Todays.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517 min 139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir