Sentyabr 17, 2026

Dünya Qadın Seriyası: “Neftçi SOCAR” yarımfinala yüksəlib

qCguqAiLjvy2xoNUIzEO5XVN82s9UHMVvkScTwR9_1200

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:18 hesabı ilə üstələyən “ağ-qaralar” yarımfinala yüksəlib.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir