Sentyabr 17, 2026

Dünya Qadın Seriyası: “Neftçi” 1/4 finalda Monqolustan təmsilçisi ilə qarşılaşacaq

MZcU8h5yEeSiNbvNzAXA0uih7Zck12OFMUVqzE2z_1200

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununa bu gün çıxacaq.

Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir