Sentyabr 17, 2026

“Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayır

UaaF7GW2CUml0XwcMLFykKTRp3ZD2Ck1run37fN0_1200

Bu gün 3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq.

Todays.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsində ilk olaraq Fransa ilə (12:45) qarşılaşacaq.

Komanda daha sonra müvafiq olaraq Niderland (14:50) və Almaniya (16:55) seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir