Sentyabr 17, 2026

Cüdoçularımız Avropa çempionatının finalında

1788440829_17884401026008145139_1200x630

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatı start götürüb.

Todays.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatami üzərinə çıxıb.

Onlardan Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) finala yüksəliblər. Xədicə Qadaşova (57 kiloqram) isə bürünc medal uğrunda təsəlliverici görüşə vəsiqə qazanıb.

Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə ilk görüşdə məğlub olublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir