Sentyabr 17, 2026

Birinci sinifə qəbul başa çatdı

1788414346_sagird

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

Bu barədə Todays.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Son məlumata əsasən, 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir