Sentyabr 17, 2026

Pezeşkian ŞƏT Sammitində yeni təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəyə çağırış edib

pezeşkian

İran Prezidenti Məsud Pezeşkian terrorizm, ekstremizm və yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) institusional və ekspert potensialının gücləndirilməsinin vacibliyini bildirib.

Todays.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Məsud Pezeşkian Bişkekdə keçirilən ŞƏT Sammitində bildirib.

Onun sözlərinə görə, güc tətbiqinə əsaslanan yanaşmaların davam etdirilməsi təkcə ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə deyil, həm də bütövlükdə regionun və dünyanın sabitliyinə təhdid yaradır.

İran ətrafındakı vəziyyətə toxunan M.Pezeşkian bildirib ki, ABŞ razılaşma üzrə öhdəliklərinin icrasına qayıdacağı təqdirdə Tehran cavab addımları atmağa hazırdır: “Əgər ABŞ razılaşma üzrə öhdəliklərinin icrasına qayıdarsa, İran dərhal cavab addımları atacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir