Sentyabr 17, 2026

Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir – FOTO

ZB8zCO2JjerFkdfMjIR7NZmIIBA3gcIVUf1ntNYa_1200

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

Todays.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir