Sentyabr 17, 2026

İlham Əliyev Tufan Erhürmana başsağlığı verdi

ilham aliyev

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.

Todays.az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir