Sentyabr 17, 2026

İlham Əliyev Kristin Karla Kanqalunu təbrik etdi

QtNIJZLvwjU6lZDod7j1NYa7On6YHpkcmZcoXIpK_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu göndərib.

Todays.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir