Noyabr 2, 2026

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub

58O7shFblFdB23Dd33xksv37BGIZektXbIBvQF6r_1200
🕒 Yayımlanıb: 19.10.2026 · 14:53

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.

Bu barədə Todays.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir