Noyabr 2, 2026

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini alıb

turan tovuz
🕒 Yayımlanıb: 19.10.2026 · 10:51

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini alıb.

Todays.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Qərb təmsilçisinin VIII turda səfərdə “İmişli”yə uduzması (0:1) ilə gerçəkləşib.

Tovuz klubu 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadır.

Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir