Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
🕒 Yayımlanıb: 01.09.2026 · 12:02
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.



