Sabunçuda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
🕒 Yayımlanıb: 01.09.2026 · 11:12
Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində yıxılaraq həyatını itirib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



