Noyabr 2, 2026

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib

04e33733-0443-3949-8390-061c4cfcec20_1200
🕒 Yayımlanıb: 19.10.2026 · 12:10

Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib.

Bu barədə Todays.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir