Noyabr 2, 2026

Pentaqon rəhbəri İsrailə gizli səfər edib

wFlz6UR2HqdwPDOQ0jzObJ5XmTKmURHmm9zDWDrF_1200
🕒 Yayımlanıb: 20.10.2026 · 04:49

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.

Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib.

Bundan əlavə, görüş Vaşinqton və Təl-Əviv arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı danışıqların aparıldığı bir vaxta təsadüf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir