Misli Premyer Liqasında VII tur başlayır: “Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı
🕒 Yayımlanıb: 09.10.2026 · 08:00
Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına start verilir.
Todays.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər matçında isə “Neftçi” “Sabah”la üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
VII tur
8 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”;
19:30. “Neftçi” – “Sabah”.



