İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib – Foto
🕒 Yayımlanıb: 09.10.2026 · 09:33
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.
Todays.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.




