DSMF: 8 ayda 23 mindən çox insana proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
🕒 Yayımlanıb: 17.09.2026 · 11:20
Bu ilin yanvar-avqust ayları ərzində 23 194 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Todays.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Onların 58,8 %-ni kişilər, 41,2 %-ni isə qadınlar təşkil edib.



