Noyabr 2, 2026

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər – Fotolar

erkupPmisFRn1QBG7ztgK4ocKg4MF0jtw1aYPYL8_1200
🕒 Yayımlanıb: 09.10.2026 · 14:59

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb”.

Bu barədə AQTA-dan məlumat verilib.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir