Noyabr 2, 2026

Bakıda Zeytun Festivalı başlayır

1792564840_1761887847_1715702120_0gs4ssff
🕒 Yayımlanıb: 21.10.2026 · 12:22

Oktyabrın 23-25-də Bakıda Zeytun Festivalı keçiriləcək.

Todays.az xəbər verir ki, festival Dənizkənarı Milli Parkın ərazisində təşkil olunacaq.

Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.

Üç gün davam edəcək festival ərazisinə giriş ödənişsizdir.

Xatırladaq ki, ötən il Zeytun Festivalı İçərişəhərdə keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir