Noyabr 2, 2026

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

baki agstafa
🕒 Yayımlanıb: 20.10.2026 · 16:25

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24-25 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Bu barədə Todays.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Həmin günlər qatar Bakıdan Ağstafaya saat 08:30-da, əks istiqamətdə isə saat 17:15-də hərəkət edəcək.

“Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir