Noyabr 2, 2026

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

yagis
🕒 Yayımlanıb: 20.10.2026 · 15:00

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Todays.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli, intensiv leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir