Noyabr 2, 2026

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb – Rəsmi

tiktok
🕒 Yayımlanıb: 21.10.2026 · 12:24

“Azərbaycan məktəblərində “TikTok” platformasına və 200-dən çox zərərli kontentləri əks etdirən görüntülər də məhdudlaşdırılıb”.

Todays.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda qeyd edib.

“Həmin görüntülər, cinayət, narkotik, şiddət və s. məzmunları daşıyırdı. Amma təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”, – o deyib./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir