Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb
🕒 Yayımlanıb: 20.10.2026 · 13:22
Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə Todays.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



