AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
🕒 Yayımlanıb: 20.10.2026 · 15:10
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.
Bu barədə Todays.az-a AMADA-dan məlumat verilib.
Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.
Sanksiya avqustun 31-dən qüvvəyə minib.



