Azərbaycan Taekvondo Federasiyası dan imtahanı keçirib
🕒 Yayımlanıb: 19.10.2026 · 16:33
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı keçirilib.
Todays.az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.
Sınaq prosesinə 80 nəfər (54-ü I dan, 20-si II dan, 6-sı III dan) qatılıb.
İmtahanı qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib. Tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.



