DSMF: 8 ayda 100 minə yaxın şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Todays.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 52,9 %-ni kişilər, 47,1 %-ni isə qadınlar təşkil edib.
