Sentyabr 17, 2026

Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib

m1K3XSnENySSXYpSiHY6kmTe30PZGjFlXLEwdQ4H_1200 (1)

Misli Premyer Liqasının 2026/2027 mövsümünün IV turunun “Kəpəz” – “Şamaxı” matçında tamaşaçı rekordu yenilənib.

Todays.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə şəhər stadionundakı qarşılaşmanı 15 000 tamaşaçı izləyib.

Əvvəlki rekord III turda eyni arenada baş tutan “Kəpəz” – “Turan Tovuz” görüşünə təsadüf etmişdi. Həmin matçı 13 500 azarkeş izləmişdi.

Xatırladaq ki, “Kəpəz” “Şamaxı”ya 1:4 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir