Sentyabr 17, 2026

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

FP4lUP87pgS1DWuShIo2KG4lPBNTRrdU1utjGtBE_1200

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məntəqədə plan üzrə yoxlama aparılıb, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir