DSMF: 8 ayda sosial şəbəkələrdə 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 12 998 vətəndaş müraciəti cavablandırılıb.
Todays.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 5 087-si ünvanlı dövlət sosial yardımı, 2 510-u pensiya təyinatı, 3 203-ü sosial müavinət və təqaüd, 230-u sosial sığorta və fərdi uçot, 1 968-i isə digər istiqamətlər üzrə olub.
