Sentyabr 17, 2026

Zaqatalada “Niva” teplovozla toqquşdu, xəsarət alan var

eONObPtrIOBNBS8yfTqpwsQdIcKBXO48de4HQLW8_1200

Zaqatala rayonunda “Niva” avtomobili dəmir yolunda qəzaya uğrayıb.

Todays.az-ın məlumatına görə, hadisə Yevlax-Balakən dəmiryol xəttinin Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zaqatala rayon sakini Ruslan Balayev “Niva” avtomobili ilə dəmir yolu xəttini keçmək istəyərkən teplovozla toqquşub. Nəticədə “Niva”nın sürücüsü xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir