“Fənərbağça” səfərdən üç xalla ayrıldı
Türkiyə Superliqasının üçüncü turunda “Fənərbağça” səfərdə “Samsunspor”la qarşılaşıb.
Todays.az xəbər verir ki, qonaqlar 0:2 hesabı ilə qalib gəliblər.
“Fənərbağça”nın qollarını 3-cü dəqiqədə Vedat Muriç və 49-cu dəqiqədə Oğuz Aydın vurublar.
Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını altıya yüksəldərək turnir cədvəlində üçüncü pilləyə qalxıb. “Samsunspor” isə dörd xalla doqquzuncu sırada qalıb.
Növbəti turda “Fənərbağça” “Beşiktaş”ı qəbul edəcək, “Samsunspor” isə “Kocaelispor”la qarşılaşacaq.
