Sentyabr 17, 2026

Azərbaycanda güclü külək gözlənilir: Sarı və narıncı XƏBƏRDARLIQ

kulek

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

 Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək əsəcək.

Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad və Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Goranboy, Naftalan, Culfa və Ordubadda isə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi gözlənilir. Bu ərazilərdə küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir