Noyabr 2, 2026

Mahir Emreli “Rakuv”un heyətində altıncı qolunu vurub

mahir emreli
🕒 Yayımlanıb: 03.09.2026 · 21:48

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.

29 yaşlı hücumçu Polşa çempionatının V turunda “Qurnik”ə qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 79-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün “Rakuv”dakı altıncı qolu olub.

Qarşılaşma hazırda davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də “Rakuv”a keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir