Noyabr 2, 2026

Direktorun avtomobilini yandıran daha bir nəfər həbs edilib – VİDEO

1792398595_qesd
🕒 Yayımlanıb: 19.10.2026 · 12:46

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.

Todays.az-a DİN mətbuat xidmətindən bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir