Azərbaycanın gənc qız cüdoçuları Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
🕒 Yayımlanıb: 20.10.2026 · 15:37
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq məqsədi daşıyıb.



