Azərbaycanda əhalinin sayı 0,14 % artıb
🕒 Yayımlanıb: 17.09.2026 · 10:07
Ölkə əhalisinin sayı 2026-cı il yanvar-iyul aylarında 0,14 % və ya 14 min 215 nəfər artıb.
Todays.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, əhalinin sayı 10 milyon 276 min 566 nəfərə çatıb.



