Noyabr 2, 2026

Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa edib

telefon
🕒 Yayımlanıb: 19.10.2026 · 16:18

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib.

Todays.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq – 15,4 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 234,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18,8 % çox) 507 min 570 ədəd (-23,1 %), Vyetnamdan 66,94 milyon ABŞ dolları dəyərində (+13,9 %) 175 min 324 ədəd (+14 %), Hindistandan 13 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 18 min 483 ədəd (+82,8 %), Tailanddan 203,3 min ABŞ dolları dəyərində 199 ədəd (1 il əvvəl tədarük olmayıb), İndoneziyadan 77,36 min ABŞ dolları dəyərində (-9 %) 175 ədəd (-45 %) cihaz alıb.

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Tayvandan (2,44 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 10 aylıq aradan sonra Çexiyadan (56,5 min ABŞ dolları dəyərində 50 ədəd) tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 344 min 329 ədəd smartfonun 80,4 % Çinin payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir