Çempionlar Liqasında püşkatma başa çatdı: “Sabah”ın rəqibləri bəlli oldu
🕒 Yayımlanıb: 27.08.2026 · 23:11
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Monakoda təşkil olunan mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Liqa mərhələsində iştirak edəcək 36 komanda dörd səbət üzrə bölünüb.



