Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ
🕒 Yayımlanıb: 22.10.2026 · 14:44
Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.
Əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.
Artıq xəstənin evə yola salındığı bildirilir.
Kamran Musayev donorun ailəsinə – verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.
Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürək transplantasiyası həyata keçirilmişdi.



